İlham Əliyev Qazaxıstana getdi

ilham-eliyev-qazaxistana-getdi
Oxunma sayı: 647

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Qeyd edək ki, İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dəvəti ilə oktyabrın 19-20-də bu ölkəyə rəsmi səfərdə olacaq. Səfər proqramı çərçivəsində dövlət başçılarının iştirakı ilə kiçik və geniş tərkibdə ikitərəfli danışıqların aparılması nəzərdə tutulur.

Dövlət başçısı səfər çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının I sammitində iştirak edəcək.

Xatırtladaq ki, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirmişdi ki, Azərbaycan prezidentinin Qazaxıstana rəsmi səfər zamanı doqquz hökumətlərarası saziş imzalanacaq. Bu sazişlər energetika, ticarət, təhsil, səhiyyə, gömrük işi, rabitə, aqrar sənaye kompleksi və nəqliyyat sahələrini əhatə edir.İlham Əliyev 19-20-də tarixlərində bu ölkədə rəsmi səfər edəcək. "Kazakhstan Today" saytının məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Altay Həbibullayev brifində bildirib. Səfər proqramı çərçivəsində dövlət başçılarının iştirakı ilə kiçik və geniş tərkibdə ikitərəfli danışıqların aparılması nəzərdə tutulur.