İlham Əliyev sərəncam imzaladı

ilham-eliyev-serencam-imzaladi
Oxunma sayı: 2320


“Qafqazinfo”nun xəbərinə görə, sərəncamda xatırladılır ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı Qılman İlkinin (Qılman İsabala oğlu Musayevin) anadan olmasının 100 illiyi tamam olur.

Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli səmərəli fəaliyyət göstərib və zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr verib.

Prezident Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə alaraq xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərar verib.

Qərarla Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.