İlham Əliyevi təbrik etdilər

ilham-eliyevi-tebrik-etdiler
Oxunma sayı: 761


“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Peru xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar bayram münasibətilə mən dost Azərbaycan xalqının rifahı, eləcə də Zati-alinizin xoşbəxtliyi üçün dua edirəm. Eyni zamanda, ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində Peru hökumətinin iradəsini ifadə edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə dərin hörmət və yüksək ehtiramımı çatdırıram".