İlham Əliyevin kürəkəni Kadırovla görüşüb

ilham-eliyevin-kurekeni-kadirovla-gorusub
Oxunma sayı: 839

Prezident İlham Əliyevin kürəkəni Səməd Qurbanov Çeçenistan lideri Ramzan Kadırovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdən çəkilən fotonu Kadırov rəsmi instagram səhifəsində paylaşıb:

“Qonağımız Aydın Qurbanov adına fondun rəhbəri Səməd Qurbanov idi. Söhbət zamanı o, Azərbaycan prezidentinin salamlarını və xoş arzularını çatdırdı. Biz gələcəkdə də Azərbaycanla Çeçenistan arasında yaxın və dostluq əlaqələrini dəstəkləyəcəyimizlə bağlı razılaşdıq”.