İlk xoşbəxtlər müəyyənləşir

ilk-xosbextler-mueyyenlesir
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu gün A qrupunda mübarizəyə yekun vurulacaq.

Bununla da 1/4 finala vəsiqə qazanan ilk 2 iştirakçının adına aydınlıq gələcək.

Ev sahibi Polşa Çexiya ilə üz-üzə gələcək. Polyaklar adını pley-offa yazdırmaq üçün bu oyunda mütləq qalib gəlməlidir. Çexlər qələbə qazanacağı halda qrupdan çıxacaq. Əgər bu oyunda heç-heçə qeydə alınsa, Çexiya yığması rusların paralel matçda Yunanıstana məğlub olmamasına ümid edəcək. Əks halda qrupda 3 komandanın 4 xalı olacaq və “üçlük” arasındakı şəxsi görüşlərə baxılacaq. Burada isə Rusiyaya 1:4 hesabı ilə uduzan Çexiya yığmasının şansı azdır.
Sonuncu tur olduğu üçün hər iki qarşılaşma eyni vaxtda başlayacaq.

23:45. Polşa – Çexiya
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
Vrotslav. “Miyejski” stadionu

23:45. Yunanıstan – Rusiya
Baş hakim: Yonas Eriksen (İsveç)
Varşava. Milli stadion

1. Rusiya 2 oyun 4 xal
2. Çexiya 2 3
3. Polşa 2 2
4. Yunanıstan 2 1



Ceyhun Əhmədov