İlqar Məmmədovun məhkəməsi təxirə düşdü

ilqar-memmedovun-mehkemesi-texire-dusdu
Oxunma sayı: 6334

Bu gün REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun məhkəməsidir.

"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, Şəki Apelyasiya Məhkəməsində proses 11:00-da başlayacaq. Məhkəməyə baxış iclası hakim Gündüz Abbasovun sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İ.Məmmədov barəsində yeni qərar çıxararaq, kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

***

İ.Məmmədovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb. Buna səbəb dövlət ittihamçısının məhkəməyə gəlmədiyi bildirilib. Növbəti iclasına tarixi qeyri-müəyyən olaraq qalıb.