İlqar Mikayıloğıunun üzürü qəbul olundu

ilqar-mikayilogiunun-uzuru-qebul-olundu
Oxunma sayı: 645

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan İslam Partiyasının keçmiş sədri Hacıağa Nuri deyib.

Hacığa Nuri bildirib ki, hicab məsələsi aktual, eyni zamanda mühüm məsələdir: “ANS-nin jurnalisti İlqar Mikayıloğlu veriliş zamanı hicab geyinməyə yanlış yanaşmışdı. Biz də bu məsələ ilə bağlı QMİ-də toplantı keçirtdik. Şeyx cənabları bizə bildirdi ki, həmin televiziya jurnalistləri ilə görüşüb bu məsələni həll edəcəyik. Hicabın televizya ekranlarında təhqir olunmasına yol vermək olmaz. Sonradan İlqar Mikayıloğlu etdiyi səhvinə görə üzr istədi. O həmin ifadələri anlayışı olmadan deyib. Mahiyyətini dərk etməyib. Biz onun səmimiyyətinə inandıq. Onun üzürü tərəfimizdən qəbul olundu”.

Qeyd edək ki, bir müddət öncə ANS telekanalında yayımlanan "Günəbaxan" verilişində aparıcı İlqar Mikayıloğlu hicabnan əlaqədar qıcıqlandırıcı çıxış etmişdi. İlqar Mikayıloğlunun hicabı təhqir etməsinə dindarlar sərt münasibət göstərib. Ruhanilər, İslamçı jurnalistlər və sıravi dindarlar İlqar Mikayıloğlunun bu hərəkətinə görə tənbeh edilməsini, üzr istəməsini tələb ediblər.

Günel