İmişlidə zavod tikintisilə bağlı qubernatorla görüş keçirilib

imislide-zavod-tikintisile-bagli-qubernatorla-gorus-kecirilib
Oxunma sayı: 3614

Bakıda, Heydər Əliyev Mərkəzində  keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumda hər iki dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar da iştirak ediblər.

 “Qafqazinfo” xəbər verir ki, tədbirdə həmçinin Rusiya Federasiyası Arxanglesk vilayətinin Qubernatoru  Arlov  İqor Anatolyeviç və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də iştirak edib.

Forumdan sonra qubernator Anatolyeviç İmişliyə səfər edib və icra başçısı V. Hacıyevlə görüşüb. Görüş ikitərəfli əlaqələrin genişləndirilməsi mövzusunda keçib. Aparılan müzakirələr zamanı Arxangelskdə yerləşən böyük kağız-karton emalı zavodunun Azərbaycanda da tikliməsi üçün potensialın olduğu vurğulanıb. Bu baxımdan da həmin zavodun İmişli  rayonunda tiklməsi məqsədə uyğun olduğu bildirilib.  Müxtəlif  şərtlər irəli sürülüb, müəyyən razılıqlar əldə olunub.

Razılığa əsasən yaxın günlərdə Arxangelskdə yerləşən kağız-karton zavodunun rəhbəri və işçi heyətinin İmişli rayonuna işgüzar səfəri gözlənilir və zavodun tikilməsi üçün işgüzar danışıqlar aparılacaq. Zavodda 1200-1500 nəfərlik iş yerinin olacağı bildirilir. İlkin olaraq qeyd olunur ki, zavoda xammal Rusiyadan gətiriləcək və istehsal olunan məhsullar qonşu ölkələrə də ixrac olunacaq.