İndoneziyada güclü zəlzələ

indoneziyada-guclu-zelzele
Oxunma sayı: 997

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzindən məlumat verilib.

Məlumata görə, dərinliyi 36,4 km km olan yeraltı təkanın episentri Ternate şəhərindən 131 km qərbdə yerləşib.

Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.