İnstaqram 7 ölkədə yenilik etdi

instaqram-7-olkede-yenilik-etdi
Oxunma sayı: 1512

İnstaqram 7 ölkədə paylaşımlarda “like” və videoların baxış sayını gizlədəcək.

“Qafqazinfo” xəbər verir ki, “TechCrunch” portalının məlumatına görə, daha öncə bu yenilik Kanadada sınaqdan keçirilsə də, indi bunu İrlandiya, İtaliya, Braziliya, Avstraliya, Yaponiya və Yeni Zelandiyada görmək mümkün olacaq.

Postların müəllifləri əvvəllər olduğu kimi onların foto və videoqeydlərini kim(lər)in bəyəndiyini görə biləcəklər. Sadəcə fərq ondan ibarət olacaq ki, yad insanlar bu funksiyadan yararlana bilməyəcəklər. 

Şirkətdən bildirilib ki, bundan sonra istifadəçilər paylaşımın məzmununu öyrənmək üçün daha diqqətli olacaqlar, daha onun populyarlığını izləməyəcəklər:

“Dostlarınızın paylaşdığınız fotoşəkillərə və videolara fokuslanmasını istəyirik, onların nə qədər bəyənmə aldıqlarına deyil. Öz “like” sayınızı sizin kimlər tərəfindən bəyənildiyinizi göstərən siyahıya klikləyərək görə bilərsiniz, lakin dostlarınız sizin paylaşımın nə qədər bəyənmə topladığını görə bilməyəcək”.