İnvestisiya layihələrinin qəbulu başlayır

investisiya-layihelerinin-qebulu-baslayir
Oxunma sayı: 849


“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, layihələrdə kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, kiçik pendir istehsalı və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyəri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.