İran ABŞ-ın sanksiyasına ciddi reaksiya verəcək - XİN açıqladı

iran-abs-in-sanksiyasina-ciddi-reaksiya-verecek
Oxunma sayı: 1364

İran ABŞ-ın düşməncə hərəkətlərinə qarşılıq olaraq ölçü götürəcək və müvafiq şəkildə cavab verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bəyanat İran XİN-nin saytında yerləşdirilib:

“Tramp rejimi Laricanini sanksiya siyahısına salmaqla etdiyi düşməncə və qanunsuz hərəkətiylə beynəlxalq ictimaiyyətdə davranışın bütün icazə verilən sərhədlərini keçib. Bu, beynəlxalq hüququ, həmçinin ABŞ-ın ikitərəfli və beynəlxalq öhdəliklərini pozması deməkdir.  İran İslam Respublikası sözsüz ki, ciddi reaksiya ilə cavab verəcək”. 

Qeyd edək ki, ABŞ İranın məhkəmə sisteminin rəhbəri, ayətulla Sadiq Laricanini sanksiya siyahısına salıb.