İran-Ermənistan əlaqələrinə qarşı etiraz aksiyası

iran-ermenistan-elaqelerine-qarsi-etiraz-aksiyasi
Oxunma sayı: 658

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Təbriz Ticarət Palatası və “Araz” Azad İqtisadi Zonasının (AİZ) Ermənistanın Armavir vilayətində nümayəndəliyinin açılmasına, Şərqi Azərbaycan vilayətinin Ermənistanla ticarət və iqtisadi əlaqələrinə etiraz edən azərbaycanlılar Marağa şəhərinin Müsəllim meydanına toplaşıblar.

“Haray, haray mən türkəm!”, Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndirən aksiya iştirakçıları Şərqi Azərbaycan valiliyindən Ermənistanla bütün əlaqələrin kəsilməsini tələb ediblər. Nümayişçilərə hücum edən polis qüvvələri aksiyanı dağıtmağa çalışıb. Sıralarında tanınmış azərbaycanlı fəal hüccətül-islam Əbduləziz Əzimi Qədim də olmaqla, bir neçə nümayişçi həbs edilib. Onların harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, İranın Şərq Azərbaycan vilayəti ilə Ermənistanın Armavir vilayəti arasında 25 maddəlik əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə birgə sərgilərin təşkil edilməsi, turizm xidmətləri, rafinə olunan neftin istehsalı imkanlarının araşdırılması, azad ticarət zonasına investisiya yatırılması imkanları və s. qeyd edilib.

İranın “Araz” Azad İqtisadi Zonasının direktoru Sadiq Nəcəfi verdiyi açıqlamada bildirib ki, Təbriz Ticarət Palatası və “Araz” AİZ-in Ermənistanın Armavir vilayətində nümayəndəliyi açılacaq.