İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

iran-turistlerin-pasportlarina-mohur-vurmagi-legv-edir
Oxunma sayı: 2096

İran hökuməti xarici turistlərin pasportlarına ölkəyə giriş-çıxış möhürünün vurulmasını ləğv etmək niyyətindədir.

“Qafqazinfo” “İrna” agentliyinə isitnadən xəbər verir ki, bu addım ABŞ-ın sanksiyaları ilə əlaqədar atılır. İran hökuməti bu tədbirlərlə xarici turistləri “hər hansı narahatlıq”dan azad etmək niyyətindədir.

Ölkənin vitse-prezidenti Əli Əsgər Munesan “İranın Xarici İşlər Nazirliyi və Sənaye, Ticarət və Mədən Nazirliyi bu təşəbbüsü irəli sürüb. Hazırda təklifin hökumət tərəfindən təsdiqini gözləyirik”, - deyə açıqlamasında bildirib.