İranda İsraillə əlaqəsi olan terror şəbəkəsi ifşa edilib

iranda-israille-elaqesi-olan-terror-sebekesi-ifsa-edilib
Oxunma sayı: 647

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, bir müddət əvvəl İran KTN ölkədə İsrail rejimi ilə əlaqəsi olduğu ehtimal edilən terror şəbəkəsinin ifşa edildiyini bəyan edib. Nazirliyin açıqlamasında sözügedən şəbəkənin bütün üzvlərinin keçirilən xüsusi əməliyyat nəticəsində həbs edildiyi qeyd olunub.

Cənub qonşumuzun rəsmi İRNA informasiya agentliyinin məlumatına görə, ifşa edilən qruplaşmanın İranda silsilə terror aktları keçirməyi planlaşdırıbmış. Habelə məlumatda nazirliyin əməliyyat haqda ətraflı məlumatı daha sonra verəcəyini bildirdiyi öz əksini tapıb.

Xatırladaq ki, bir müddət əvvəl İranın güc strukturları ölkədə iranlı alimlərə qarşı sui-qəsd həyata keçirən cinayətkar qruplaşmanın ifşa edildiyini açıqlamışdı.