İranda kişilərlə bağlı daha bir- - Qadağa

iranda-kisilerle-bagli-daha-bir-
Oxunma sayı: 4274


“Qafqazinfo”  Russia Today-ə istinadən xəbər verir ki, İran Bərbərlər Birliyi kişilərin saç düzümü barədə yeni qərarını açıqlayıb. Məlumata görə, iranlı gənclərə saçlarının dağınıq və yuxarı qaldırılması qadağan olunub. 

“Şeytana xidmət edən saç modelləri qadağan olunub. Saçları bu şəkildə kəsən bərbərlər və onların məkanları bağlanacaq, həmin şəxslərə cinayət işi açılacaq. Çox qərblilərə bənzəmək lazım deyil, bu saç modelləri İslam dininə ziddir”,- deyərək biriliyin sədri Başkanı Mustafa Govahi məsələyə aydınlıq gətirib. 

Qeyd edək ki, ötən həftə İranda kişilərin qaşlarının alınması, döymə etdirməsi və saunaya getmələri qadağan olunmuşdu.