İranda onlarla casus saxlanılıb

iranda-onlarla-casus-saxlanilib
Oxunma sayı: 1140

İranın xüsusi xidmət orqanları onlarla casusu tutub.

 “Qafqazinfo” “İSNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin kəşfiyyat naziri Mahmud Ələvi məlumat verib. Onun sözlərinə görə, kəşfiyyat qrupu müxtəlif strukturlarda olan onlarla casusu saxlayıb. Lakin Ələvi əməliyyatın hansı müddət ərzində və nə zaman keçirildiyi vaxtı açıqlamayıb.

Nazir həmçinin qeyd edib ki, xüsusi xidmət orqanları ötən il 230 terrorçu dəstənin mənbəyini zərərləşdirib. Ələvinin sözlərinə görə, təxminən 32 terror dəstəsi isə İranda Suriyadakı kimi vəziyyəti yaratmaq niyyətində olub: “Onlar beş sünni ilahiyyatçını öldürərək şiə və sünni təriqətləri arasında müharibə yaratmağa çalışıblar”.

Aysel Kərimova