İranlı teleaparıcı ABŞ-da həbs edilib

iranli-teleaparici-abs-da-hebs-edilib
Oxunma sayı: 738

İranın “Press TV” telekanalının jurnalisti və xəbər aparıcısı Marzie Haşemi Vaşinqtonda həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, jurnalist Sent-Luis aeroportunda saxlanılıb. Həbsin səbəbi açıqlanmır, jurnalistə qarşı rəsmi ittiham irəli sürülməyib. 

Aparıcının xəstə qardaşı və digər qohumlarına baş çəkmək üçün ABŞ-a getdiyi bildirilir. 

Haşemi istintaq təcridxanasına göndərilib. Jurnalist ailə üzvlərinə onunla sərt rəftar edildiyini bildirib.