İraqda türkiyəli diplomat öldürüldü - Daha ikisi yaralandı

iraqda-turkiyeli-diplomat-olduruldu
Oxunma sayı: 2385

İraqın Ərbil şəhərində “Huqqabaz” restoranına silahlı hücum təşkil edilib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində Türkiyənin Ərbil Baş Konsulluğunun bir əməkdaşı şəhid olub, daha iki diplomat xəsarət alıb.

İnsidentlə bağlı əlavə detallar açıqlanmır.

***

Hadisədən sonra əraziyə çoxlu təhlükəsizlik qüvvələri cəlb edilib.

Hücum edən terrorçu zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

***

Türkiyə Daxili İşlər Nazirliyi silahlı hücumla bağlı açıqlama yayıb: “Bu gün günorta saatlarında Ərbildəki Baş Konsulluğumuzun əməkdaşı qurumun binasından kənarda olduğu zaman  silahlı hücum nəticəsində şəhid olub. Hücumu törədən şəxslərin tez zamanda tapılması istiqamətində İraq hakimiyyəti və rəsmi şəxslərlə birlikdə hərəkət edirik”.

***

Restoran sahibinin sözlərinə görə, 3 türkiyəli diplomat nahar üçün restorana daxil olub masa arxasında əyləşdikdən sonra mülki geyimli və üzərində iki silahı olan naməlum şəxs diplomatları hədəf alaraq atəş açıb. Onlardan biri hadisə yerindəcə şəhid olub, ikisi isə ağır yaralanıb.