İraqın baş naziri Türkiyəyə neft satmamağı tələb etdi

iraqin-bas-naziri-turkiyeye-neft-satmamagi-teleb-etdi
Oxunma sayı: 644

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İraqın Baş naziri Nuri əl-Maliki Şimali İraq Kürd Administrasiyasının (ŞİKA) lideri Məsud Bərzanidən Türkiyəyə neft satmamağı tələb edib.

Baş nazir ŞİKA rəhbərliyinin rəsmi Bağdadın icazəsi olmadan Türkiyə ilə aparılan neft ixracına dair danışıqlar aparılmasını yolverilməz addım adlandırıb. Türkiyənin “Tərəf” qəzetinin xəbərinə görə, İraqın kürd administrasiyasının rəsmi Ankara ilə Bağdaddan keçmədən Türkiyə vasitəsilə beynəlxalq bazara neft ixracına dair razılığa gəlməsi Maliki hökumətini qəzəbləndirib.

Qəzetin xəbərində Malikinin müşavirlərindən Əli əl-Musəvinin İraq mərkəzi hökuməti ilə ŞİKA arasında neft razılaşmasının konstitusiyaya uyğun olmasının vacibliyini vurğuladığı bildirilib.

Qeyd edək ki, rəsmi Bağdad ölkənin kürd administrasiyasının birtərəfli müqavilələr imzalamaq səlahiyyətinə malik olmadığı və neft ixracının dövlətə aid neft kəmərləri vasitəsilə aparılmasının vacibliyini bəyan edir.