İsa Qəmbər gənclərlə görüşəcək

isa-qember-genclerle-gorusecek-
Oxunma sayı: 1160

Görüş təşəbbüsü Müsavat Gənclər Təşkilatından gəlib. Tədbirə ölkə gəncliyinin bütün kəsimləri dəvət edilib. Müsavat başqanı İsa Qəmbər görüşdə müzakirə olunacaq mövzularla bağlı Deyerler.org-a açıqlama verib: “Bu görüşlə bağlı təşəbbüslə müsavatçı gənclər çıxış edib və mən də müsbət qarşılamışam. Müzakirə mövzularına gəlincə isə, gənclər hər hansı mövzuda suallar ünvanlasalar, o mövzular da müzakirə olunacaq, suallar cavablandırılacaq. Hər halda görüşdən öncə biz gənclərlə bu haqda danışacağıq”.

Qeyd edək ki, Müsavat Gənclər Təşkilatının fəal gəncləri artıq görüşlə bağlı soasial şəbəkələrdə məlumat paylaşımına başalyıblar. Bu tədbirlə bağlı məlumatda bildirlir ki, gənclər görüşə aid öz təkliflərini və suallarını verə bilərlər.