İŞİD 400 minlik türkmən şəhərini ələ keçirdi

isid-400-minlik-turkmen-seherini-ele-kecirdi
Oxunma sayı: 1354


“Qafqazinfo”nun “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, İraq Türkmən Cəbhəsinin Telaferdəki nümayəndəliyi bildirib ki, şəhər gecə saat 2-də ələ keçirilib.

Təxminən 400 min nəfər türkmənin yaşadığı Telaferə hücum dünən səhər saatlarından başlayıb.

İŞİD silahlıları ilə 6 min türkmən könüllü və mərkəzi hökumətə bağlı olan hərbçilər arasında gün ərzində döyüş olub. Hava qaralanda isə şəhər silahlıların əlinə keçib. Şəhərin Qala Məhəlləsindəki tarixi Türk Qalası da silahlıların nəzarətindədir.

Silahlılar şəhəri ələ keçirəndən sonra minlərlə türkmən kürdlərin nəzarətində olan Sincar bölgəsinə köç edib.