İŞİD peyğəmbərin məqbərəsini dağıtdı- - Video

isid-peygemberin-meqberesini-dagitdi-
Oxunma sayı: 1850



“Qafqazinfo” Salamnews-a istinadən xəbər verir ki, bunu "İslam Dövləti" terror təşkilatı öz twitter səhifəsində yayıb.

"İslam Dövləti”-in “Sahavat News” twitter səhifəsində iddia olunur ki, onlar bunu İslam Peyğəmbərinin (s) qəbirlərin dağıdılması ilə bağlı əmrlərinə əsasən həyata keçiriblər.

Qeyd edək ki, “İslam Dövləti” terror təşkilatı Mosulu ələ keçirdikdən sonra burada yerləşən tarixi abidələr, heykəllər, şairlərin və məşhur simalarının qəbrlərini, türbələri, övliyaların məqbərələrini, hüseyniyyələri, peyğəmbərlərin qəbrlərini və qədəmgahları dağıtmağa başlayıblar.