İspaniyada güclü yağışlar 4 nəfəri öldürdü

ispaniyada-guclu-yagislar-4-neferi-oldurdu
Oxunma sayı: 880

İspaniyanın cənub-şərqində güclü yağışlar tələfata səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, leysan yağışları və daşqınlar nəticəsində 4 nəfər ölüb. 3500 nəfərdən çox insan isə yardım gözləyir. Yağışlardan ən çox Valensiya, Mursiya və Əndəlus əziyyət çəkib.

Beynəlxalq hava limanları bağlanıb, dəmiryolda və magistral yollarda hərəkət dayanıb.