İsrail Sudanı bombaladı

İsrail Sudanı bombaladı
Oxunma sayı: 187

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail mediası bu xəbəri Sudanın yerli qəzetlərinə istinadən yayıb. Xəbərə görə, İsrail hücumunda 6 avtomobil məhv edilib və hadisədə 4 nəfər həyatını itirib.Xəbərə görə hücum Sudan-Misir arasındakı mübahisəli Halaib üçbucağında reallaşdırılıb.

Ancaq Sudan ordusunun sözçüsü Polkovnik Sawarmi Xalid Saad, hava sahələrinin bu cür bir hücum ilə pozulduğuna dair onlarda hər hansı bir məlumatın olmadığını açıqlayıb.

Londonda nəşr olunan “Darul Həyat” qəzeti isə mövzuyla əlaqədar olaraq çox fərqli məlumatların olduğunu, Qırmızı dəniz bölgə qubernatorunun xalqdan İsrail döyüş təyyarələrinin bəzi hücumlar reallaşdırdığına dair məlumatlar aldığını söylədiyini yazıb.

Bəzi yerli media xəbərlərində İsrail hərbi vertolyotlarının Sudana aid Qırmızı dənizdəki bir adaya endiyi bildirilir.

Qeyd edək ki, 2009-cu ildə də İsrail Həmasa silah daşıdığını iddia etdiyi 23 yük maşını olan karvanı yenə Sudanda vurmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi