İsraildə hərbi səfərbərlik elan edildi

israilde-herbi-seferberlik-elan-edildi
Oxunma sayı: 643

İclasın yekun bəyanatında deyilir ki, müdafiə nazirinin razılığından sonra səfərbərlik başlayacaq.

İsrail ordusunun komandanlığından isə bildirilib ki, ehtiyatda olanların bəziləri xidmətə çağırılsalar da, ümumi səfərbərlikdən söhbət getmir.

Qeyd edək ki, Qəzza bölgəsini bombardman edən İsrail tərəfi ərazidə quru əməliyyatlarının keçirilə biləcəyini istisna etmir. Səfərbərliyin elan edilməsi də bununla əlaqələndirilir.