İstanbulda konfrans

istanbulda-konfrans
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, konfransda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstititu IB-nin sədri Qənirə Paşayeva "bir millət, iki dövlət" olan Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə əlaqələrin olmasının məmnuniyyətverici olduğunu bildirib.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb: “Dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır”.

Tədbirdə Türkiyənin tanınmış ictimai-siyasi xadimi Nevzat Yalçıntaş, Qayğı və Himayə Fondunun prezidenti Gülayə Rzayeva, Yazıçılar Birliyinin üzvü, Ədəbiyyat qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu, ATİB başqanı Camal Yanğın çıxış edərək bu cür tədbirlərin Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verdiyini qeyd ediblər.