“İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir

istefam-olkenin-geleceyini-tehluke-altinda-qoyacaq
Oxunma sayı: 1627

Böyük Britaniyanın baş naziri Tereza Mey etimad səsverməsi öncəsi açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, mühafizəkarların lideri bildirib ki, onu hökumət başçısı postundan salmaq cəhdlərinə qarşı sona qədər mübarizə aparacaq. 

Mey qeyd edib ki, hakim partiya və hökumət rəhbəri postu uğrunda mübarizə Britaniya tarixinin həlledici anıdır. Baş nazirin sözlərinə görə, onun istefası ölkəsinin Avropa İttifaqından çıxması prosesinə mane ola bilər :

“İndi Mühafizəkarlar partiyası rəhbərinin dəyişməsi ölkəmizin gələcəyini təhlükə altında qoyacaq, qeyri-müəyyənlik yaradacaq. Yeni lider qanunla müəyyən edilən son tarix - 21 yanvara kimi müəyyən edilməyəcək. Bu isə “Brexit” danışıqları üzrə nəzarətin parlamentdə müxalif deputatların əlinə keçməsi riskini daşıyır. Yeni liderin Aİ-dən çıxmaqla bağlı razılaşma üçün yeni danışıqlar aparmağa və onu parlamentlə martın 29-na kimi razılaşdırmağa vaxtı olmayacaq. Və ilk addım olaraq 50-ci maddəni uzatmaq, hətta ləğv edə bilər.  Bu isə “Brexiti gecikdirə və ya dayandıra bilər”.