İsveçrədə ağır qəza - 37 yaralı + Foto

isvecrede-agir-qeza
Oxunma sayı: 954

İsveçrənin Bazel-Land kantonunun Muttenz şəhərində tramvay yük avtomobili ilə toqquşub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, hadisə günün ikinci yarısında baş verib. Qəza nəticəsində tramvay relsdən çıxıb. İnsident nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların 16-sı xəstəxanaya yerləşdirilib.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.