İtaliya klubu müflis oldu

italiya-klubu-muflis-oldu
Oxunma sayı: 1517

İtaliyanın “Bari” klubunun rəhbərliyi iflas etdiklərini açıqlayıb.

“Qafqazinfo” İtaliya mətbuatına istinadən xəbər verir ki, maliyyə səbəblərinə görə müflis olan B seriyası təmsilçisi D seriyasına düşüb.

110 illik tarixi olan “Bari” son mövsümdə B seriyasında 42 oyuna çıxıb. Bu oyunlarda 18 qələbə, 11 məğlubiyyət alan komanda seriyanı 7-ci pillədə tamamlayıb.