İtaliyada daşqın qurbanlarının sayı 10-a çatdı

italiyada-dasqin-qurbanlarinin-sayi-10-a-catdi
Oxunma sayı: 765

İtaliyada daşqınlar səbəbindən ölənlərin sayı 10-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ANSA” məlumat yayıb. Bildirilir ki, avqustun 20-də Pollino Milli Parkında 18 nəfərin daxil olduğu iki ekskursiya qrupu Raqanello çayında suyun səviyyəsinin qəfil artması nəticəsində selə düşüb. Nəticədə 10 nəfər dünyasını dəyişib.

Daha 3 nəfərin isə axtarışları davam etdirilir.