İtaliyada körpü uçub, 30 nəfər ölüb - Fotolar+Video+Yenilənib

italiyada-korpu-ucub-30-nefer-olub
Oxunma sayı: 4289

İtaliyanın Genuya şəhərində avtomobil körpüsü uçub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, körpünün uçması nəticəsində bir neçə avtomobil yüksəklikdən aşıb. 

Şəhər polisi həmin yolda hərəkətin zəif olduğunu desə də, onlarla insanın öldüyü bildirilir. 

Hadisə yerinə Nəqliyyat və İnfrastruktur naziri Danilo Toninelli də gedib. 

***

Son məlumata görə, körpünün uçması nəticəsində azı 11 nəfər ölüb. 

***

Ölü sayının 22-yə çatdığı açıqlanıb. 

***

Avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.