İtkin düşən balıqçılar axtarılır

itkin-dusen-baliqcilar-axtarilir
Oxunma sayı: 653

Trend-in Nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmamış və onlarla əlaqə kəsilib.

Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidələrə başlayıb.

Qayığın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin görülməsi davam etdirilir.