İtkin düşən kişinin meyiti tanınmaz halda tapıldı

İtkin düşən kişinin meyiti tanınmaz halda tapıldı
Oxunma sayı: 2709

Gəncədə itkin düşən kişinin meyiti tapılıb. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, bir neçə gün əvvəl itkin düşən şəhər sakini 1963-cü il təvəllüdlü Zeynalov Zaməddin Misir oğlunun meyiti Göygöl rayonun Nadil kəndi ərazisində aşkarlanıb. 

Vəhşi heyvanlar meyiti tanınmaz hala salsa da müayinə zamanı onun kimliyini müəyyən etmək mümkün olub. Məlumata görə, subay olan Z. Zeynalov hələ ki, naməlum səbəbdən 22 yanvar tarixindən itkin düşmüşdü.

Faktla bağlı hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi