İvana aktyordan polisə şikayət etdi

ivana-aktyordan-polise-sikayet-etdi
Oxunma sayı: 1535

Türkiyənin tanınmış stilist İvana Sert aktyor Peker Açıkalından polisə şikayət edib. “Qafqazinfo” xəbər verir ki, o, “Karımı gördünüz mü?” filmində bir rol aldığı aktyorun cəzalandırılmasını istəyib. 

İ. Sert nüfuzuna xələl gəldiyini və P. Açıkalının onun şərəf və ləyaqətini təhqir etdiyini bildirib. 

Qeyd edək ki, aktyor  canlı yayımda stilist barədə sərt açıqlama vermişdi:

“İvana Ser soyadını dəyişsin, “yumşaq” qoysun. O, sənətçi deyil, modelyerdir. Onunla baş rolda oynamağı mən yox, prodüser istəyib”.