İzmirdə zəlzələ oldu

izmirde-zelzele-oldu
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, İzmirdə baş verən yeraltı təkanların gücü 5 bala çatıb. Boğaziçi Universiteti Qandilli rəsədxanasından bildiriblər ki, zəlzələ yerin 12.2 km dərinliyində əmələ gəlib.

Zəlzələ zamanı şəhər əhalisi arasında təşviş yaşanıb. Dünən Türkiyə vaxtı ilə saat 17.48-də baş verən zəlzələ zamanı dağıntı və xəsarət olmayıb.