Jurnalist Ekspert Mərkəzi qeydiyyatdan keçdi

jurnalist-ekspert-merkezi-qeydiyyatdan-kecdi
Oxunma sayı: 634

Dövlət qeydiyyatına alınan qeyri hökumət təşkilatları sırasına biri də əlavə olundu. Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlunun verdiyi məlumata görə, müxtəlif qəzetlərdə çalışan həmkarları ilə birgə yaratdığı JEM Ədliyyə Nazirliyindən qeydiyyat şəadətnəməsi alıb.

Təşkilat sədri deyir ki, JEM 3 ildən çoxdur fəaliyyət göstərsə də qeydiyyat üçün sənədlərini ötən il təqdim edib: “Düşünürdük ki, hər hansı ideyaları qeydiyyatsız da həyata keçirmək mümkündü. Sonradan bəzi problemlər çıxdı. Elə layihələrimiz oldu ki, onlar xarici fondların prioritet hesab etdiyi mövzulara aid deyildi. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası isə yalnız qeydiyyatdan keçən təşkilatların layihələrini maliyyələşdirir. Bu üzdən Ədliyyə Nazirliyinə müraciət etdik və qeydiyyata alındıq”.
C.Musaoğlu hazırda üzərində işlədikləri layihə barədə də açıqlama verib: “Evsiz jurnalistlər üçün tikilən yaşayış binası gələn il hazır olacaq. Rəsmi açıqlamalara görə, bina 146 mənzildən ibarətdir. Evlərin paylanma qaydaları hələ ki, müəyyənləşməyib. JEM saytlar da daxil olmaqla, yazılı mətbuatda çalışan evsiz jurnalistlərin siyahısını hazırlayır. Siyahı bir neçə şərtlər əsasında formalaşacaq. Hələ ki, şərtləri dəqiqləşdirirk. Məqsədimiz jurnalist fəaliyyəti 5 ildən çox olan və həqiqətən evi olmayanları müəyyənləşdirməkdir. Olduqca dəqiqlik tələb edən prosesdi. Amma ortaya obyektiv siyahı çıxaracağımıza inanırıq”.