Jurnalistlərin binasındakı 156-cı mənzilin sahibi məlum oldu

jurnalistlerin-binasindaki-156-ci-menzilin-sahibi-melum-oldu
Oxunma sayı: 2593


Movqe.az  bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb. V. Səfərli açıqlamasında  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş binada 156-cı mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova verilib: "Cənab Prezident bu barədə müvafiq göstəriş verib və jurnalistlər üçün inşa olunmuş binadakı 156-cı mənzil  "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova təqdim edilib. Beləliklə bütün mənzillər tam şəkildə paylanmış olub".