“KamAZ”la piyadanı vurub hadisə yerindən qaçdı

kamazla-piyadani-vurub-hadise-yerinden-qacdi
Oxunma sayı: 1566

Avqustun 12-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb.