Kapitanın meyiti tapılmır

kapitanin-meyiti-tapilmir
Oxunma sayı: 642

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, bu gün saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunmuş, eyni zamanda 2-ci ekipaj üzvünün leytenant Bəhruz Zeynalovun meyiti sudan çıxarılıb. 3-cü ekipaj üzvünün kapitan Yaşar Əhmədovun aşkar edilməsi istiqamətində axtarış xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə saat əvvəl Rüstəm Rüstəmovun cəsədi dənizdən çıxarılıb.