“Kəpəz”də yeni məşqçi ilə bağlı qərar sabah açıqlanacaq

kepezde-yeni-mesqci-ile-bagli-qerar-sabah-aciqlanacaq
Oxunma sayı: 1907

Gəncə şəhərində “Kəpəz” PFK-nın Müşahidə Şurasının (MŞ) iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Kəpəz”in çıxışı və gələcək planlar müzakirə olunub. Komandanın hazırkı nəticələrinin xoş olmadığı və məyusluq doğurduğu açıqlanıb.

Tədbirdə “Səbail” ilə doğma meydanda alınan məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Şahin Diniyevin fəaliyyəti də müzakirə olunub.

Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləri yekdilliklə istefanı qəbul ediblər. Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.