Keşiş sevgilisinə görə islamı qəbul etdi

kesis-sevgilisine-gore-islami-qebul-etdi
Oxunma sayı: 638

Dinini dəyişdirən keşişə islamı qəbuluna dair təsdiqnamə verən müftinin isə Müftiliyin rəsmi saytında yerləşdirdiyi məlumat ölkədə narazılığa səbəb olub: “Keşiş islamı seçdi. Ya Rəbb bizi doğru yolu göstərdiyin üçün sənə dua edirik, bizi azmışların yoluna düşməkdən qoru”.

Saytda yer alan bu məlumatdan sonra Bolqarıstan Ortadoks Kilsəsi Mixaylovun kilsə ilə əlaqələrinin kəsildiyini və müftiliyin yaydığı bəyanatın xristianları təhqir etdiyini deyib. Bolqar mətbuatı isə keşişin müsəlman qadını sevdiyi üçün dinini dəyişdirdiyini yazıb.

Qeyd edək ki, ölkənin şimalındakı Vidin kəndində yerləşən məsciddə 200 ildir müsəlmanlarla ortadoks xristianlar birgə Aşura günü qeyd edirdilər. Son hadisədən sonra isə bütün xristian ortadoksları Aşura günü tədbirlərində iştirak etməməklə bağlı çağırış ediblər.