Kim Trampa göndərdiyi məktubda nə yazıb?

kim-trampa-gonderdiyi-mektubda-ne-yazib
Oxunma sayı: 856

Şimali Koreya lideri Kim Çen In bu ilin avqustunda ABŞ Prezidenti Donald Trampa göndərdiyi məktubun təfərrüatları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Joongang Ilbo” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Kim Çen In avqustun üçüncü həftəsində Trampa ünvanladığı məktubda həmkarı ilə üçüncü sammit çərçivəsində görüşməyə hazır olduğunu bəyan edib. Həmçinin, onu Phenyana rəsmi səfərə dəvət edib. 

Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ilin iyunundan bu günə qədər 3 dəfə görüşərək Şimali Koreyanın nüvə silahlarından təmizlənməsi prosesini müzakirə ediblər.