“Kim udacaq, kim uduzacaq?” – Şərh

kim-udacaq-kim-uduzacaq-serh-
Oxunma sayı: 637

“Çox maraqlı hadisələrin və bəyanatların olması gözlənilir. Müzakirə olunası onlarla məsələ var.

Birinci ən ağır məsələ Bakı-Tbilisi-Kars dəmir yoludur. Bu layihənin gürçəkləşməsi üçün Azərbaycan Gürcüstana 775 milyon ABŞ dolları kredit verib. İşlərin 70 %-i artıq yekunlaşıb. Yeni baş nazir narahatdır ki, bu dəmiryolu işə düşəndən sonra Gürcüstan dəmiryolunun daşınma payı azalacaq və bu da iqtisadiyyat üçün yükdür. Bu məsələdən doğan digər narahatlıq nə ola bilər?

Bu narahatlıq 775 milyon dolların Gürcüstana kredit kimi verilməsindədir. Gürcüstan hesab edir ki, bu layihə daha çox Azərbaycana lazımdır və ona görə də xərcləri də qarşılamalıdır.

İkinci məsələ Gürcüstanın yeni hakimiyyətinin seçkilərə qatılan zaman seçicilərə enerji tariflərinin aşağı salınması ilə balı verdiyi vədlərdir. Amma, qazın və benzinin qiymətinin aşağı salınması Azərbaycan Dövlət Neft Şirkətindən asılıdır. Neft şirkəti isə bunu etmək istəmir. Əvəzində vergi yükünün azaldılmasını tələb edir.

Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ona görə də istənilən halda ümumi dil tapacaqlar. Amma, ekspertləri, siyasətçiləri və hökumətləri düşündürən məsələ başqadır: kim güzəştə gedəcək, kim udacaq, kim uduzacaq? Azərbaycan, yoxsa Gürcüstan?

Çünki, Azərbaycan həmişə düşünüb ki, Gürcüstana kifayət qədər güzəştlər edib və bu güzəşt şərtləri həmişə şantaj kimi səslənib. Daha çox güzəşt etdikcə, onlar daha çox istəyirlər. Buna görə də Azərbaycan tərəfi sona qədər dirəşəcək”.