Kimyəvi zavodda partlayış - 6 ölü, 2 yaralı

kimyevi-zavodda-partlayis
Oxunma sayı: 1509

Çexiyada kimyəvi maddələr istehsal edən zavodların birində güclü partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Kralupi-nda-Vlatavau şəhərində qeydə alınıb. Partlayış nəticəsində 6 nəfər dünyasını dəyişib. Daha 2 nəfər isə xəsarət alıb.

FHN sözçüsü Vladimara Kerekova hadisə nəticəsində çox sayda insanın yaralandığını vurğulayıb. Ətraf mühitin çirklənməsi halı qeydə alınmayıb.