Kıvança qarşı dələduzluq - 3 milyon borca düşdü

kivanca-qarsi-deleduzluq
Oxunma sayı: 2187

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğa ötən ayın sonunda böyük bir miqdarda vergi cəzası gəlib. 

“Qafqazinfo” xəbər verir ki, vaxtı vaxtında vergisini ödəyən aktyorun 3, 5 milyon TL borcu olduğu ortaya çıxıb. 

Tatlıtuğ bu hadisədən sonra keçmiş mühasibi ilə əlaqə saxlayıb. Erdal. D-ni tapa bilməyən Kıvanç polisə müraciət edib. 

Müraciətdə Tatlıtuğun dələduzluqla üzləşdiyi qeyd olunub. Aktyor qeyd edib ki, vergisini vaxtında ödənilməsi üçün mühasibinə pul verib, lakin o, vergisini ödəməyib.