Kiyevdə insult keçirən Milli Qəhrəmanımız vətənə dönüb

kiyevde-insult-keciren-milli-qehremanimiz-vetene-donub
Oxunma sayı: 1272

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyev Vətənə dönüb.

Azərbaycanın Ukraynadakı Səfirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Z.Quliyevi Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.

Milli Qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət etdirir.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında onun müalicəsi ciddi nəzarətə götürülüb.