Koçaryana qarşı yeni ittiham irəli sürüldü

kocaryana-qarsi-yeni-ittiham-ireli-suruldu
Oxunma sayı: 1136

Ermənistan Xüsusi İstintaq Xidməti bu gün eks-prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri məlumat veriblər. 

Eks-prezidentə “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb. İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb. 

Sahibkar 2018-ci ildə mətbuat-konfranslarından birində bəyan etmişdi ki, 2008-ci ildə ərəblərlə böyük bir müqavilə imzalayıb və “mane olmaması üçün” o zamanki prezident Koçaryana rüşvət verib.  

Ermənistanın eks-prezidenti isə öz növbəsində iş adamını məhkəməyə verərək onu böhtan atmaqda günahlandırıb. 

Qeyd edək ki, hazırda həbsdə olan R. Koçaryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur.