Koçaryanın məhkəməsi təxirə salındı

kocaryanin-mehkemesi-texire-salindi
Oxunma sayı: 648

Ermənistanın Apellyasiya məhkəməsi keçmiş prezident Robert Koçaryanın məhkəmə iclasını təxirə salıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məhkəmə hakimi Armen Danielyan bildirib. İclas sabah keçiriləcək.

Məhkəmə Koçaryanla bağlı iki məsələyə baxır: ona qarşı ittiham aktının dəyişdirilməsi və iş üzrə icraatın dayandırılması.

Qeyd edək ki, Koçaryana qarşı 2018-ci ilin iyulunda 1 mart 2008-ci il aksiyaları zamanı konstitusion quruluşu dəyişməyə cəhdlə bağlı ittiham irəli sürülüb. O, 2018-ci ildə 2 dəfə həbs olunub. Sonuncu dəfə bu ilin mayında azadlığa buraxılıb.