Komitə sədri Bakıdakı ermənilərdən danışdı

komite-sedri-bakidaki-ermenilerden-danisdi
Oxunma sayı: 636

Məlum olduğu kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bir neçə gün əvvəl Vaşınqtonda yerləşən Ceymstaun Fondunda “Azərbaycanda dinlərarası qarşılıqlı hörmət modeli” mövzusunda məruzə ilə çıxış edib. “Qafqazinfo” bu tədbrilə əlaqədar maraqlı məlumat əldə edib. Belə ki, onun çıxışından sonra tədbirin aparıcısı region üzrə ekspert Vladimir Sokor sual-cavabları açıq elan eləyib. Azərbaycanda tolerantlıq modelinin özəlliklərindən və bunun Azərbaycanın “neftdən daha önəmli məhsul” olduğundan bəhs edən Komitə sədri çıxışını bitirdikdən sonra söz alan iştirkaçılardan biri Azərbaycanda saxta sənədlərlə yaşamaq məcburiyyətində olan erməni əsillilərdən söz açaraq bu qrupun “tolerantlıq”la nə dərəcədə uzlaşdığını soruşub.

Mənbəmizin məlumatına görə, sualı verən Bakı əsilli erməni Anna Asatryan - Turkot ABŞ erməni diasporasının fəal üzvüdür və sualın qoyuluşu da məhz Komitə sədrinin Azərbaycan haqqında yaratdığı müsbət imici pozmaq niyyətindən bəhs edib. E.İskəndərov cavab olaraq həqiqətən də Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, ölkədə minlərlə erməni əsilli vətəndaşın yaşadığını deyib: “Onların hansı kimlik altında olmasına baxmayaraq, cəmiyyət də, ətraf da onların kimiliyini kifayət qədər yaxşı bilir. Bu fakt özü özlüyündə Azərbaycanlıların tolerantlığı və kütləvi nifrət hissinin bəsləməməsindən xəbər verir. Məsələnin dini tərəfinə gədikdə mən sizə daha artığını deyim – Bakda olanlar yaxşı bilir ki, şəhərin mərkəzində mövcud olan erməni kilsəsinə nəinki hər hansı bir xələl yetirilməmiş, o hətta hökümət tərəfindən təmir edilmişdir. Və münaqişə ədalətli şəkildə həllini tapdığı halda, sabah Azərbaycanın erməni əsilli vətəndaşları öz inanclarına uyğun ibadət etmək istəsələr, onların kilsəsi belə var. Əfsuslar olsun ki, belə bir nümunə Ermənistanda mövcud deyil. Ermənistanda vaxtilə yaşamış 250 mindən artıq və işğal edilmiş ərazilərdə 750 min Azərbaycanlının hamısı etnik təmizləməyə məruz qalmış, onların məscid və ziyarətgahları dağıdılmış və ya yararsız hala gətirilmişdir”.

Komitə sədri fikrini “Dediklərim bizim həm milli həm dini zəmində tolerantlığımızın bir daha sübutudur” sözləri ilə tamamlayıb.

Qeyd edək ki, Anna Turkot adı ilə tanınan şəxs vaxtilə Bakıda anadan olub və 1980-cı illərin sonunda ABŞ köçmüş Anna Asatryandır. Onun ABŞ-dakı Daşnak partiyasına yaxın erməni xeyriyyə qurumunun üzvü olduğu bildirilir. Həmçinin bir müddət öncə ABŞ erməni lobbisi tərəfindən təbliğat vasitəsi kimi geniş istifadə olunan “Nowhere” (Heç yerə. Mühacirət tarixi) adlı Bakı ermnilərinin köçü haqqında bəhs edən kitabın müəllifidir.